Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanla Belçikanın ticarət dövriyyəsinin həcmi 83,4 milyon dollar dəyərində olub.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 27,4 % çoxdur.

Hesabat dövründə Azərbaycan Belçikadan 63,6 milyon dollar dəyərində mal idxal edib. Azərbaycanın bu ölkəyə ixracı isə 19,8 milyon dollar dəyərində olub.

 

Gözəl Həşimova