"Apple" texnologiya korporasiyasının bazar kapitallaşması 3 trilyon dollara çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "NASDAQ" birjasının ticarət məlumatlarında deyilir.

Məlumata görə, "Apple"ın bazar kapitallaşması son iki ildə üçüncü dəfə 3 trilyon dollara çatır.

Hazırda İT nəhənginin bazar kapitallaşması 3,009 trilyon dollar həcmində qiymətləndirilir. Birja məlumatlarına görə, onun qiymətli kağızlarının dəyəri 2,11% artıb.

 

Gözəl Həşimova