Almaniyanın xarici ticarət profisiti oktyabrda 17,8 milyard avro (19,4 milyard dollar) təşkil edib ki, bu da iyun ayından bəri ən yüksək səviyyədir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Almaniya Statistika İdarəsi (Destatis) məlumat yayıb.

Hesabat dövründə Almaniyanın ixracı illik müqayisədə 8,1% azalaraq 126,4 milyard avroya enib. Bu da ötən ilin martından bəri ən aşağı göstəricidir.

Ölkənin bu dövrdə idxalı isə 16,3% azalaraq 108,6 milyard avroya enib. Bu da son 2 ilin ən aşağı səviyyəsidir.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi 1,3 milyard dollar təşkil edib. Bu da ötən illə müqayisədə 52,3 % çoxdur.

 

Gözəl Həşimova