"Amerika tərəfi Qəzza zolağında dərhal atəşkəs çağırışlarını dəstəkləmir, çünki bu, növbəti müharibənin toxumlarını səpəcək". 

İqtisadiyyat.az xəbər verir ki, bu mövqeyi ABŞ-nin BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud Yaxın Şərqdəki vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının iclasında bildirib.

"Birləşmiş Ştatlar həm israillilərin, həm də fələstinlilərin təhlükəsiz yaşaya biləcəyi davamlı sülhü qəti şəkildə dəstəkləsə də, biz dərhal atəşkəs çağırışlarını dəstəkləmirik. Bu, yalnız növbəti müharibənin toxumlarını səpəcək, çünki HƏMAS qalıcı sülhə əngəldir", - diplomat qeyd edib.