ABŞ və Böyük Britaniya hakimiyyəti İran kəşfiyyatı üçün dissidentlərin təqibində iştirak etdiyi iddia edilən 11 nəfərə qarşı sanksiya tətbiq edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.

"ABŞ və Böyük Britaniya bu gün İran Kəşfiyyat Nazirliyinin xeyrinə əcnəbi dissidentlərin və İran rejiminin əleyhdarlarının öldürülməsini hədəf alan cinayət şəbəkəsində iştiraklarına görə 11 nəfərə qarşı birgə sanksiyalar tətbiq edib. Onlar çoxsaylı qətllər və adam oğurluqları və ABŞ-də planlaşdırılan əməliyyatlar da daxil olmaqla transmilli repressiya ilə məşğul olan şəbəkə ilə əlaqələndirilir", - sənəddə qeyd olunur. 

ABŞ Ədliyyə Nazirliyi və FTB bu şəxslərə qarşı ittihamlar hazırlayıb.