Amerika administrasiyası və "Belarus demokratik hərəkatı" Belarus hakimiyyətinə qarşı sanksiyaların inkişafı ilə məşğul olacaq birgə "işçi qrup" yaradır. 

İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Kristofer Smit deyib.

O, Vaşinqtonda Amerika hökuməti ilə "Belarus demokratik hərəkatı" arasında baş tutan strateji dialoqun birinci raundundan danışıb: "Strateji dialoq çərçivəsində daha da irəliləyərək, biz işçi qrupu yaratmağa hazırlaşırıq ki, o, əsas diqqəti sanksiyalar məsələsinə, xüsusən də, artıq qeyd etdiyim kimi, rejimin mənbəyə yönəlmiş sanksiyalara yönəldəcək. Belarus prezidenti Aleksandr Lukaşenko demokratiyaya zərbə vurmaq, insan haqlarına zərbə vurmaq və Ukraynadakı müharibəni dəstəkləmək üçün istifadə etdiyi mexanizmlərlə yanaşı, güc də toplayır", - diplomat Vaşinqtonda Atlantik Şurada çıxış edərkən deyib. 

Bundan əvvəl ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bəyan etmişdi ki, ABŞ Minskin kursu dəyişəcəyi təqdirdə Belarusa qarşı birtərəfli sanksiyaların yumşaldılması imkanlarını və ikitərəfli münasibətlərin normallaşdırılması perspektivlərini müzakirə etməyə hazırdır.