ABŞ şirkətlərinin Türkmənistana investisiyaları 3,3 milyard dollara çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Batır Atdayev bildirib.

Onun sözlərinə görə, bu günə qədər Türkmənistanda Amerika şirkətlərinin iştirakı ilə ümumi dəyəri 3,3 milyard dollar olan 180 layihə qeydə alınıb.

Qeyd edək ki, ötən il ABŞ və Türkmənistan arasında ticarət dövriyyəsi 38,7 milyon dollar, bu ilin 10 ayı ərzində isə 65,12 milyon dollar təşkil edib.

 

Gözəl Həşimova