"Birləşmiş Ştatlar Qəzza zolağında humanitar fasilənin daha iki gündən çox uzadılmasının tərəfdarıdır, lakin bunun HƏMAS hərəkatından asılı olduğuna inanır". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

"Əlbəttə, biz fasilənin daha da uzadılmasına ümid edirik, lakin bu, HƏMAS-ın girovları azad etməyə davam edib-etməməsindən asılı olacaq", - Kirbi deyib.

Kirbi xatırladıb ki, əvvəlcə dörd gün nəzərdə tutulan humanitar fasilə İsrail vaxtı ilə cümə axşamı səhərə qədər uzadılacaq: "Humanitar fasilə artıq hərbi əməliyyatların dayandırılmasına, eləcə də humanitar yardımın həcminin artmasına səbəb olub. İndi isə fasiləni uzatmaq üçün HƏMAS növbəti iki gün ərzində daha 20 qadın və uşağı azad edəcəyini öhdəsinə götürüb".