"ABŞ prezidenti Co Baydenin administrasiyası Qəzza zolağında girov götürülən amerikalılardan heç birinin çərşənbə axşamı, noyabrın 28-də azad ediləcəyini gözləmir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə CNN Ağ Ev nümayəndələrindən birinə istinadən məlumat yayıb.

Qeyd edək ki, noyabrın 26-da HƏMAS hərəkatı İsraillə razılaşmaya əsasən ilk Amerika vətəndaşını, dörd yaşlı Abiqail Edanı azad edib. Ağ Ev İsrail və HƏMAS arasındakı razılaşma çərçivəsində Amerika vətəndaşlığı olan daha iki qadının azad ediləcəyinə ümid etdiyini bildirib.