ABŞ administrasiyası nümayişlər zamanı insan haqlarının pozulması iddiası ilə Moskva polisi İvan Ryabova qarşı viza sanksiyaları tətbiq edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin yazılı bəyanatında deyilir.

"İvan Ryabov Moskvanın Brateevski polis idarəsinin əməkdaşıdır. Ryabov insan hüquqlarının kobud şəkildə pozulmasında iştirak etdiyinə görə qara siyahıya salınıb", - sənəddə deyilir. 

Amerikanın xarici siyasət idarəsinin məlumatına görə, söhbət Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyata etiraz edən nümayişçilərə qarşı hüquq-mühafizə orqanı əməkdaşının hərəkətlərindən gedir.