ABŞ prezidenti Co Baydenin administrasiyası İsrailə silah satışını ləngidə və ya tədarükünü dayandıra bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Məlumata görə, hələlik heç bir qərar verilməsə də, Amerika hakimiyyəti yəhudi dövlətinə humanitar dəhlizlər açmaq və anklavın mülki əhalisinə daha çox yardım göstərmək üçün təzyiq göstərməyi planlaşdırır.

Mənbələrin bildirdiyinə görə, tədarükü azaldıla bilən silahlar arasında “JDAM” dəqiq idarəedici dəsti olan hava bombaları və 155 mm-lik artilleriya mərmiləri var.

 

Əli Ağayev