ABŞ-də iş yerlərinin sayı oktyabr ayında 8 milyon 733 minə qədər azalıb. Bu da 2021-ci ilin martından bəri ən aşağı səviyyədir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Əmək Departamenti oktyabr ayı üçün vakansiya məlumatlarını açıqlayıb.

Məlumata görə, oktyabr ayında ölkədə iş yerlərinin sayı sentyabr ayı ilə müqayisədə 617 min azalaraq 8 milyon 733 minə enib. Bu dövrdə iş yerlərinin sayının azaldığı sektorlar arasında səhiyyə, sosial dəstək, maliyyə, sığorta və daşınmaz əmlak olub.

Eyni zamanda, işlə təmin edilənlərin 18 min azalaraq 5 milyon 886 minə enib.

 

Gözəl Həşimova