ABŞ bir il ərzində 10 min əsgərini Avropadan çıxarıb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, bu ilin dekabrın 7-nə Avropa və NATO ölkələrində Amerika ordusunun şəxsi heyətinin sayı təxminən 80 min nəfər təşkil edib.

Məlumata görə, ötən ilin dekabr ayında bu regionlarda 90 min Amerika əsgəri olub.

Ötən ilin iyun ayında ABŞ Müdafiə Nazirliyi Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Avropaya əlavə 20 min ABŞ əsgərinin göndərildiyini açıqlayıb. Bundan sonra Avropa ölkələrində ABŞ hərbi qulluqçularının ümumi sayı 2005-ci ildən bəri ilk dəfə olaraq 100 minə çatıb.

 

Gözəl Həşimova