Sinay yarımadasının şimalında yerləşən Rəfah keçid məntəqəsi vasitəsilə Misirdən Qəzza zolağına 90 min litrə yaxın yanacaq daşınıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Əl-Qahirə Əl-İxbariyyə" telekanalı məlumat yayıb.

Məlumata görə, üç yanacaq tankeri artıq Qəzzaya daxil olub.

Bundan əlavə, səhər saatlarında Qəzza sakinləri üçün humanitar yardım daşıyan 50 yük maşını Misirdən Qəzzaya yollanıb.

 

Gözəl Həşimova