Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 39 Kiçik və Orta Biznes (KOB) subyektinə Startap Şəhadətnaməsi verilib.

Bu barədə İqtisadiyyat.az-a İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.

Məlumata görə, onlardan 37-si mikro, 2-si isə kiçik sahibkardır.

İndiyə qədər isə 120 "Startap" şəhadətnaməsi verilib. Bu sənəd KOB-ların innovasiya fəaliyyətindən əldə etdikləri gəlirləri 3 il müddətinə vergidən azad edir.