Dünyanın ən varlı ölkələri 1,3 milyard dozadan çox koronavirusa qarşı peyvənd alışı üzrə müqavilələr imzalayıb.

“Bloomberg” agentliyi bu barədə “Airfinity” şirkətinin analitiklərinə istinadən məlumat yayıb.

ABŞ, Böyük Britaniya, Yaponiya və Avropa İttifaqı ölkələri peyvəndin əldə olunmasına daha çox vəsait xərcləyir.

Mütəxəssislər bu “təcavüzkar satınalma”nın digər ölkələri pis vəziyyətdə qoyacağından narahatdır.