"Quru və dəmir yolları ilə Naxçıvan, eləcə də Azərbaycanın digər bölgələri arasında birbaşa əlaqə qurmağımız münasibətlərimizi daha da gücləndirəcək. Buna görə də Zəngəzur dəhlizinin tez bir zamanda açılması üçün əlimizdən gələni edəcəyik".

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan səfərindən qayıdan zaman jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Türkiyə və Azərbaycan üçün çox vacib olan bu dəhlizin reallaşması strateji məsələdir və tamamlanmalıdır. Bu dəhliz açıldıqda Bakıdan çıxan nəqliyyat vasitəsi və ya qatar birbaşa Qarsa gələ biləcək. Türkiyə-Azərbaycan qardaşlığı daha da möhkəmlənəcək. Bu məsələ ilə bağlı İrandan müsbət siqnalların gəlməsi də sevindirici haldır. Belə ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına əngəl olsa, dəhliz İrandan keçə bilər", - deyə Ərdoğan vurğulayıb.

 

Gözəl Həşimova