"Rusiya humanitar yüklərin daşınması üçün Laçın və Ağdam marşrutlarının paralel açılması ilə bağlı Rusiya xarici işlər naziri Sergey.Lavrovun təşəbbüsü əsasında Qarabağdakı çətin humanitar vəziyyətin həllinə yardım etməkdə davam edir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Bu gün Rusiya sülhməramlı kontingentinin və Rusiya Xarici İşlər Nazirliyinin iştirakı ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin səyləri nəticəsində hər iki istiqamətdən eyni vaxtda regiona ərzaq və dərman partiyaları çatdırılıb. Biz yerli əhalinin maraqları naminə maneəsiz və müntəzəm humanitar yardımların davam etdirilməsini gözləyirik", - deyə o, bildirib.

 

Gözəl Həşimova