Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ov hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində ov üçün nəzərdə tutulmayan yerdə qanunsuz ov edən Yevlax sakinləri Elçin Nadirov, Elşən Əliyev və Hüseyn Hüseynov saxlanılıblar.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan İqtisadiyyat.az-a verilən məlumata görə, onlardan kəsib satmaq məqsədilə ovladıqları çoxlu sayda kirpi və digər sübutlar götürülüb.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.