Çanaqqalanın Ayvacık rayonu sahillərində yunan ünsürləri tərəfindən Türkiyə ərazi sularına sıxışdırılan 41 nizamsız miqrant xilas edilərək quruya çıxarılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi məlumat yayıb. 

Məlumata görə, Sahil Mühafizəsinin Şimali Ege Qrup Komandanlığı əməkdaşları Şimali Egedə Ayvacık sahillərində rezin qayıqda nizamsız miqrantların olduğunu müəyyən edib.

Bölgəyə istiqamətlənmiş “KB-4510” qayığı Yunan ünsürləri tərəfindən Türkiyənin ərazi sularına sıxışdırılan Əfqanıstandan olan qeyri-qanuni mühacirləri xilas edib.

Sahilə çıxarılan 41 nəfər Ayvacık Əcnəbiləri Geri Göndərmə Mərkəzinə aparılıb.