Azərbaycan bu ilin yanvar-iyul aylarında Yunanıstana 292,6 milyon dollar dəyərində 474,9 min ton neft ixrac edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 5 dəfə, dəyər baxımından isə 211,5 milyon dollar və ya 3,6 dəfə çoxdur.

Məlumata görə, hesabat dövründə Yunanıstan Azərbaycandan ən çox neft idxal edən 10-cu ölkə olub.

 

Gözəl Həşimova