Ermənistanda etirazçılar müxalif “Tavuş Vətənin Uğrunda” Hərəkatının baş yepiskopu Baqrat Qalstanyanın Baş nazir postuna namizədliyini irəli sürməsini xahiş ediblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Hərəkatın liderlərindən biri Qurgen Melikyan bəyan edib.

“Əlaqə saxladığımız insanların mütləq əksəriyyəti yekdilliklə bildirib ki, Baqrat Qalstanyan Baş nazir postuna namizəd olmalıdır”, - o bildirib.

Baqrat Qalstanyan isə bildirib ki, heç vaxt məsuliyyətdən yayınmağa çalışmayıb. Onun sözlərinə görə, Baş nazir postuna namizədliyini Bütün Ermənilərin Katolikosu II Qaregin ilə müzakirə edib və qərara gəlib ki, din xadimi kimi 30 illik fəaliyyətinə ara versin.

Baqrat Qalstanyan mitinqdən sonra Baş nazir Nikol Paşinyanla görüşməyi planlaşdırdığını söyləyib.