Yaşı 50-dən aşağı olan kişilərin yarıdan çoxunda ereksiya (sərtləşmə) problemi yaşadığını ortaya qoyan bir araşdırma yayımlanıb. Nəticələr göstərir ki, problem son 25 ildə iki dəfədən çox artıb.

Alimlər problemin 50 yaşdan aşağı kişilərdə narahatlıq yaradacaq səviyyədə çox olması barədə xəbərdar edirlər. Eyni zamanda da bunun infarkt, iflic və erkən ölüm təhlükəsi ilə üz-üzə olan kişiləri müəyyən etməkdə yardımçı ola biləcəyini deyirlər. Bildirirlər ki, kişilərdə ereksiya yüksək qan təzyiqinin (təzyiq), xolesterinin və şəkər xəstəliyinin ilkin əlaməti ola bilər.

Araşdırmanın rəhbəri Anna Kessler bildirir ki, həkimlərin ereksiya pozğunluğunu müəyyən və müalicə etməsi, ümumiyyətlə bu məsələdə tədqiqat aparılması üçün bu problemdən əziyyət çəkən kişilər zamanında və könüllü olaraq həkimə müraciət etməlidirlər. 

"London Kings" Kollecində uroloq olan Kessler, həmçinin qeyd edir ki, 40 yaşından aşağı kişilərdə də ereksiya problemi yüksək həddədir. 

Kesslerin rəhbərlik etdiyi heyət dünya miqyasında, gənclərdən başlayaraq, 80 yaşlı qocalara qədər on minlərlə kişidən araşdırma materialları toplayıb.

Ereksiya qanın cinsiyyət orqanında sağlam hərəkətinə əsaslandığı üçün sərtləşmə problemi ciddi xəstəliklərlə əlaqəli ola bilər. Ereksiya problemi yaşayan kişilərdə ürək-damar xəstəliklərindən qaynaqlanan ölüm riski 43 faizi keçir. 

2025-ci ilə qədər dünya miqyasında 322 milyon kişinin bu problemdən əziyyət çəkəcəyi ehtimal edilir.

Kessler, eyni zamanda bu problemin kişilərin və tərəfmüqabillərinin həyatında yatardığı təsirdən də danışıb: "Ereksiya problemini dünya miqyasında çox kişi yaşayır. Təbii ki, bu, kişilərin intim həyatına da mənfi təsir göstərir, problemlər yaradır”. 

Bu ilin əvvəllərində Britaniyada keçirilən bir sorğuya əsasən məlum olub ki, gənc kişilərin 10-dan 6-sı məhz bu problemə görə intim münasibətdən imtina edir.(moderator.az)