Bakının Yasamal rayonunda çoxmərtəbəli binanın örtük hissəsi avtomobillərin üzərinə düşüb.

İqtisadiyyat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Yeni Yasamal yaşayış massivində baş verib.

“Mahal” MTK tərəfindən tikilməkdə olan binadan tikinti materialları həyətdə park edilmiş avtomobillərin üzərinə tökülüb. 

İlkin məlumata əsasən, küləyin təsiri nəticəsində baş vermiş hadisə zamanı bir neçə avtomobilə ciddi ziyan vurub.