Bakı şəhəri, Yasamal rayonu, Alatava qəsəbəsində yerləşən fərdi yaşayış evində 2 nəfərin meyitinin aşkar olunması faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Baş prokurorluq məlumat yayıb. 

Qeyd edilib ki, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılır.