Yaponiyanın Okinava əyalətinə yaxınlaşan “Xanın” qasırğası səbəbindən 420 uçuşun ləğvi nəticəsində ən azı 50 min sərnişin zərər çəkib.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki,  “Xanın” qasırğasının sürətinin saatda 216 kilometrə çatacağı gözlənilir.

Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, “Xanın” tayfunu ştatın mərkəzi Naha şəhərindən 200 kilometr cənub-şərqdə dəniz üzərində qərb-şimal-qərb istiqamətində hərəkət edir. Axşam saatlarından etibarən qasırğanın istiqamətini qərbə doğru dəyişəcəyi bildirilib. Okinavada küləyin maksimal sürətinin bu gün saatda 216, sabah isə saatda 234 kilometrə çata biləcəyi xəbərdarlığı edilib.

Gülşən Şərif

İqtisadiyyat.az