YAP Kəlbəcər rayon təşkilatının sabiq sədri Akif Əsgərov vəfat edib.

İqtisadiyyat.az xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Akif Qaçay oğlu Əsgərov YAP Kəlbəcər rayon təşkilatının ilk sədri olmaqla 2021-ci ilə qədər bu vəzifədə çalışıb.

O, daha əvvəllər isə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini vəzifəsində işləyib.