Azərbaycan Laçın yolunda vətəndaşların və avtonəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək, Ermənistanın bu yoldan hərbi və qeyri-qanuni iqtisadi məqsədlər üçün sui-istifadə etməsinin qarşısını almaq məqsədilə Laçın keçid məntəqəsini yaradıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə özünün "Twitter" hesabında yazıb.

“Blokada” ilə bağlı iddialar əsassızdır!”, - A.Hacızadə əlavə edib.