"Son illər Xəzər dənizində, o cümlədən Azərbaycan sahillərində balıq ehtiyatlarının azalması müşahidə edilir. Bu təbii, həm də antropogen faktorlarla bağlıdır".

İqtisadiyyat.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Balıqların sayının öyrənilməsi və ovunun proqnozlaşdırılması şöbəsinin müdiri Elçin Məmmədov Xəzər dənizinin səviyyə dəyişməsinin öyrənilməsi, eləcə də müvafiq adaptasiya tədbirlərinin hazırlanması məqsədilə yaradılmış ekspert qrupunun iclasında deyib.

"Balıqların isti cənubi zonadan Orta Xəzərə miqrasiyası qeydə alınır. Bu, həmçinin balıqların yem bazasının növ tərkibinin dəyişilməsinə səbəb olur", - deyə E.Məmmədov bildirib.