Xəzər dənizində 3,3 maqnitudalı zəlzələ olub.

İqtisadiyyat.az xəbər verir ki" bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, bu gün yerli vaxtla saat 06:09-da Xəzər dənizində maqnitudası 3,3 olan zəlzələ qeydə alınmışdır. Zəlzələ ocağının dərinliyi 62 km olub”-məlumatda bildirilir.