ABŞ xəstəxanasının alimləri “məqsədli kimyaterapiya” vasitəsilə bərk şişləri məhv edən “xərçəng öldürücü həb” hazırlayıblar.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "City of Hope" xərçəng araşdırma şirkəti məlumat yayıb.

20 ildə hazırlanmış həbin döş və prostat vəzi də daxil olmaqla bir çox xərçəngin müalicəsində təsirli olduğu sübut edilib. "AOH1996" adlı bu molekul hədəflənmiş kimyaterapiyadan istifadə edərək xərçəng hüceyrələrinə təsir göstərir.

Nəticələr göstərir ki, həb xərçəng hüceyrələrini selektiv şəkildə məhv edir.

 

Gözəl Həşimova