Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İraqa başsağlığı verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan XİN "X"də paylaşım edib.

“Neynəva əyalətindəki toyda baş verən yanğın zamanı 115-dən çox insanın ölümü və onlarla insanın yaralanması ilə əlaqədar ölənlərin ailələrinə, İraq hökumətinə və xalqına başsağlığı veririk”, - paylaşımda qeyd olunub.