2018-ci ildə "Xalq Bank"ın işçilərinin sayı 56 nəfər artıb.

"Marja" Bankın illik hesabatına istinadən xəbər verir ki, Bankın 2017-ci ilin sonunda işçilərinin sayı 572 ikən, 2018-ci ilin sonunda 628 nəfər təşkil edib.

Qeyd edək ki, 2018-ci ildə "Xalq Bank" böyüyüb, qazancı artıb. 2017-ci illə müqayisədə 2018-ci ildə Bankın cəmi aktivləri 11% artaraq 1 milyard 992 milyon manata, xalis mənfəəti isə 49% artaraq 25 milyon 226 min manata yüksəlib.