Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Qusar və Zərdab rayon mərkəzi xəstəxanalarına yeni direktorlar təyin ediliblər.  

Bu barədə İqtisadiyyat.az-a TƏBİB-dən məlumat verilib.  

Qusar Rayon Mərkəzi Xəstəxanasında Pərviz Məhsimov, Zərdab Rayon Mərkəzi Xəstəxanasında isə Emil Kamilov direktor vəzifəsini icra edəcəklər.  

Qeyd edək ki, Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru Pərviz Məhsimov ixtisasca cərrahdır. O, bu təyinatadək Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Keyfiyyətə nəzarətin idarəedilməsi komitəsinin rəhbəri olub.  

Tibb üzrə fəlsəfə doktoru olan Zərdab Rayon Mərkəzi Xəstəxanasının direktoru Emil Kamilov isə  ixtisasca cərrahdır. O, bundan əvvəl Zərdab Gigiyena-Epidemioloji Mərkəzinin direktoru vəzifəsində çalışıb.