Serbiya prezidenti Aleksandr Vuçiç Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə ikitərəfli əməkdaşlıq və iki ölkənin Avropa yolunu müzakirə etdiyini bildirib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Serbiya lideri Davosda keçirilən Dünya İqtisadi Forumunda (WEF) deyib.

"Bu gün mənim Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə uzun söhbətim oldu, çox, çox uzun, deyərdim ki, bir saata yaxın davam etdi, çünki biz bir-birimizin yanında oturmuşduq", - Vuçiç jurnalistlərə bildirib.

"Biz uzun müddət müxtəlif məsələlər haqqında danışdıq. Ukrayna və Serbiyanın Avropa yolu haqqında, ikitərəfli əməkdaşlığımız haqqında fikir mübadiləsi apardıq", - Serbiya lideri qeyd edib.