Azərbaycanda vergi borcu olan sığorta şirkətləri məlum olub. 

Bu ilin iyul ayının 22-nə kimi 4 sığorta şirkətinin vergi borcu yaranıb. Ən iri vergi borcu mayın 19-da Mərkəzi Bankın qərarı ilə lisenziyası ləğv edilən "Standard Insurance" ASC-yə aiddir.  Şirkətin vergi öhdəliyi 36 120.59 manat təşkil edir. Hazırda fəaliyyətini davam etdirən sığortaçılar arasında isə sığorta borcuna görə “AtaSığorta” liderdir -27 842.40 manat. 

Bundan əlavə, Dövlət Kommersiya Sığorta Şirkətinin 6919.28 manatlıq vergi borcu var.  Könüllü qaydada ləğv edilməsi qərara alınan “Rəvan Sığorta”nın cari vergi borcu isə 725.15 manat təşkil edir. FED.az

img