Mayın 20-də Bakı Dövlət Universitetində (BDU) Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə "CareerLaw" layihəsi çərçivəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun "Müasir Azərbaycanda vəkillik institutu: yeni çağırışlar" mövzusunda BDU-nun hüquqşünaslıq ixtisası üzrə təhsil alan bakalavr və magistrlarla ilk görüşü keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, görüşü giriş sözü ilə açan BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyev tədbirin əhəmiyyətini vurğulayıb, fakültənin ARVK ilə əməkdaşlığının, Kollegiyanın peşəkar hüquqşünas kadrların formalaşmasına yardımçı olduğunu bildirib.

Mərasimdə çıxış edən ARVK-nın sədri Anar Bağırov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb, tələbələrlə təcrübələrini bölüşüb, o cümlədən rəhbərlik etdiyi qurumun tarixi, fəaliyyəti, son illər görülən işlər barədə ətraflı məlumat verib.

Son dövrlər BDU da daxil olmaqla Kollegiya ilə hüquq fakültələri olan bütün universitetlər arasında memorandumların imzalandığını söyləyən sədr xeyli faydalı əməkdaşlıqların əldə olunduğunu dilə gətirib.  

Anar Bağırov ARVK tərəfindən bir çox faydalı layihələrin həyata keçirildiyini, son illərdə vəkilliyə üz tutan hüquqşünasların əsasən gənclərdən ibarət olduğunu, onların vəkilliyə yeni nəfəs gətirdiklərini və bu istiqamətdə gənclərlə əməkdaşlığa çox böyük önəm verildiyini diqqətə çatdırıb.

Vəkillər Kollegiyasının Akademiyasının təsis edildiyinə toxunan sədr burada kifayət qədər hüquq alimlərinin fəaliyyət göstərdiyini, Akademiyanın hüquqşünas tələbələrin hazırlanmasında ali təhsil müəssisələrinə yardımçı ola biləcəyinə ümid etdiyini vurğulayıb.

Eyni zamanda Anar Bağırov ARVK-nın hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatı olduğunu, Kollegiyanın dəstəyi ilə hər il təşkil edilən yay və qış hüquq məktəblərinə 300-dən çox tələbənin qatıldığını, yüzlərlə tələbənin vəkil qurumlarında təcrübə keçdiyini, o cümlədən tələbələrə fərdi təqaüdlərin verildiyini və hüquq fakültələrinin layihələrinə sponsorluq edildiyini bildirib, habelə hüquqşünas tələbə təşkilatları ilə uğurlu əməkdaşlıq əlaqələrinin qurulmasından danışıb. 

Sonra BDU-nun Cinayət prosesi kafedrasının müdiri, Kollegiyanın üzvü, hüquq elmləri doktoru (h.e.d.), professor Firuzə Abbasova, BDU-nun Əmək və ekologiya hüququ kafedrasının müdiri, ARVK-nın üzvü, h.e.d., professor Alış Qasımov, BDU-nun “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının müdiri, Vəkillərin İxtisas Komissiyasının sədri, h.e.d. Turqay Hüseynov çıxış edərək son illər Kollegiyanın fəaliyyətindən, getdikcə artan nüfuzundan, qarşılıqlı əməkdaşlığın perspektivlərindən, cəmiyyətdə vəkilliyin rolundan, onların yenilənməsindən, gəncləşməsindən, müasirləşməsindən və təkmilləşməsindən danışıb, habelə vəkillik sahəsində aparılan islahatları yüksək qiymətləndirdiklərini ifadə ediblər.

Həmçinin görüşdə BDU-nun Hüquq fakültəsi TGT-nin sədri Veysəl Mirzəzadə çıxışında “Career law” layihəsinin ilkin buraxılışına göstərdiyi dəstək üçün ARVK-nın sədri Anar Bağırova minnətdarlığını bildirib, tədbir iştirakçılarını layihə barədə məlumatlandırıb, habelə layihənin məqsədləri və gələcək fəaliyyət istiqamətləri barədə fikirlərini bölüşüb. “Career Law” layihəsinin hüquq sferasında peşəkar hüquqşünaslarla tələbələr arasında əlaqələrin gücləndirmək olduğunu deyən TGT sədri onlara gələcək karyeralarında dəstək göstərmək məqsədi daşımasını vurğulayıb. 

Sonra Anar Bağırov Hüquq fakültəsinə tədris auditoriyasında istifadə üçün tribuna, TGT-nin sədrinə isə ARVK-nın fəaliyyətinə aid nəşrlər və vəkilliyin rəmzini əks etdirən xatirə lövhəsini hədiyyə edib. Eyni zamanda Kollegiyanın sədri Anar Bağırov BDU-nun Hüquq fakültəsinin təşkilatçılığı ilə keçirilən “Respublika Hüquq Olimpiyadası”na və “Career Law” layihəsinə dəstəyinə görə təşəkkürnamə ilə təltif olunub. 

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, bir sıra təkliflər irəli sürülüb.

Tələbələr bu cür tədbirlərin onların nəzəri biliklərinin və praktiki bacarıqlarının artırılmasına mühüm töhfə olduğunu ifadə ediblər.

 

1_9ede11af3edf1f0f191105e3cdb74711.jpg

 

2_13358d2c4816481bfb7835d05560d975.jpg

 

3_66cee9b76a7dbb1a55518c8cf27fbcf8.jpg

 

5_63eab303cbdb152142b1d85ee8a6173b.jpg

 

6_cfeef2b381f26a654e42a379711a12a3.jpg

 

8_f4f370a158dca8ba8c423790f43640bf.jpg

 

8-_3f55f8bf3c74d4f735bb104bbe408805.jpg

 

9_a22a9cd7674f20481f1b81bbf2e30e9a.jpg

 

10_4a009d2935a0efdf20c8c2fb5b51a692.jpg

 

11_5baf3efcbcb5168b91ff655b9cd0ccab.jpg

 

12_81831ba273fd31962dcd1d7415db82f8.jpg

 

13_f25ee9fcd1b060726af5add64b620e16.jpg

 

14_dea1efa33ed2d88800a63648ac71cebf.jpg

 

15_884df1db7c4d98d4eafdc43822912be2.jpg

 

16_6eb00a78d8fcffd40c74c60f2ddcd54e.jpg

 

17_f84aaac93b44b8adbfe6acb71f82fcd3.jpg

 

18_fcb58e35481bf48ec761488628fa65b8.jpg

 

19_ea8fe20dc948494a2ae6fbe5e8712888.jpg

 

20_fdc9dfa42b230634ea983f6e01b92992.jpg

 

21_34299d53d87d8ae4f85c6f2898a1ecaa.jpg

 

22_fd38c34f6145be48ea2b99e396f1faa6.jpg

 

23_0595110057f151a1c300cd7ff7d8e847.jpg

 

24_63e7836b71b5bc5bff2435e88fcf65e5.jpg

 

25_c88b5dc84dcb081c131415c29cdc2b7d.jpg

 

26_b26f27785150e73e42d275fa1563b340.jpg