08 Sentyabr 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.

Mərkəzi Bankın yaydığı məlumata görə, hərracda tələb 74,2 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

Xatırladaq ki,  03 Sentyabr 2020-ci il tarixində keçirilmiş hərracda tələb 79,1 milyon ABŞ dolları təşkil etmişdi.