"OPEK+" səyləri neft üçün münasib olan qiyməti, yəni 1 barel üçün 60-70 dollar səviyyəsini saxlamağa imkan verəcək.

Trend-in məlumatına görə, bu fikri "Lukoyl"un prezidenti Vaqit Ələkbərov səsləndirib.

Şirkət prezidenti deyib: "Neft üçün münasib qiymət 60-70 dollardır, lakin bu gün qiymət aşağı səviyyədədir. Ona görə biz ümid edirik ki, nazirlərimizin gördüyü tədbirlər neftin qiymətini yuxarı səviyyəyə qaldırmağa imkan verəcək".