İyulun 15-dən Uqandada başlayan vəba epidemiyası səbəbindən indiyədək 8 nəfər ölüb.

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, bu barədə Uqanda Səhiyyə Nazirliyin açıqlama verilib. 

Məlumata görə, ölkənin cənub-şərqində yerləşən Namayingoda vəba epidemiyası səbəbiylə 8 nəfər ölüb. Epidemiyanın qarşısını almaq üçün ictimaiyyətə gigiyena qaydalarına riayət edilməsi çağırışı edilib.

Ötən il isə Uqandada vəba epidemiyası nəticəsində azı 20 nəfər ölüb.

Qeyd edək ki, Afrika ölkələri arasında Burundi, Kamerun, Efiopiya, Cənubi Afrika Respublikası, Mozambik, Nigeriya, Keniya və Somali vəba epidemiyasından ən çox zərər çəkən ölkələr sırasındadır.