Uqandada sərnişin qayığının batması nəticəsində 20 nəfər ölüb.

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, səhər saatlarında Viktoriya gölündə 30 sərnişinin olduğu təxmin edilən qayıq çevrilib.

Batan qayıqda olan sərnişinlərdən 20-si boğularaq ölüb, 10-u isə balıqçılar tərəfindən xilas edilib. 

Bildirilib ki, qayığının çevrilməsinə səbəb güclü külək olub. 

İtkin düşən sərnişinlərin axtarış-xilasetmə işləri davam edir.