“Union Lizinq” ASC 2019-cu ili 42 min manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2018-ci ildən 1,255 milyon manat zərərlə çıxmışdı. 

Ötən il "Union Lizinq"in gəlirləri 5,068 milyon manat (əvvəlki ilə nisbətən 3,6 dəfə çox), inzibati xərcləri 29 min manat (təxminən 80% çox), sair əməliyyat xərcləri 116 min manat (təxminən 10% az), əvvəlki illərdən qalma zərəri 4,87 milyon manat (3,9 dəfə çox), mənfəət vergisi ödəmələri isə 11 min manat (əvvəlki il olmayıb) təşkil edib. 

Xatırladaq ki, "Union Lizinq" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 40 000 manatdır. Şirkətin səhmləri 100% Abdul Rüfət oğlu İsmayılova məxsusdur.report