Ukraynanın şərqində və şimalında üç regionda hava hücumu xəbərdarlığı elan edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə əhaliyə xəbərdarlıq verilib. 

Dnepropetrovsk, Xarkov və Çerniqov vilayətlərində sirenalar səslənib.

Bundan əvvəl Dnepropetrovsk, Kirovoqrad, Nikolaev və Xarkov vilayətlərində ümumilikdə bir saatdan çox davam edən hava hücumu xəbərdarlığı elan edilmişdi.