Ukraynanın iki regionunda hava təhlükəsi xəbərdarlığı rejimi elan edilib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə əhaliyə müvafiq xəbərdarlıq edilib. 

Sirenlər Dnepropetrovsk və Kirovoqrad vilayətlərində 20 dəqiqədən bir qədər çox işləyib.

"Strana" nəşri Dnepropetrovsk şəhərində partlayış barədə məlumat yayıb.

Əvvəllər Nikolaev və Xarkov vilayətlərində hava hücumu xəbərdarlığı elan edilmişdi. Bu xəbərdarlıq yarım saatdan bir qədər çox davam edib.