"G20 Yekun Bəyannaməsinin Ukrayna ilə bağlı hissəsində bəzi bəyanatlar yoxdur və Rusiyanın adı çəkilmir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko bildirib.

Nikolenko sosial media hesabında G20-nin yekun bəyannaməsinə reaksiya verib:

"G20 yekun bəyannaməni qəbul etdi. Mətnə sərt ifadələr əlavə etməyə çalışan tərəfdaşlarımıza minnətdarıq. Amma Rusiyanın Ukraynaya qarşı təcavüzünə mövqeyi baxımından G20-nin qürurlanacaq heç nəyi yoxdur”.

Nikolenko paylaşdığı fotoda yekun bəyannamədəki bəzi ifadələrə düzəliş edib.

Nikolenko bəyannamədəki, “Ukrayna müharibəsində nüvə silahının istifadəsi, yaxud bununla bağlı təhdid qəbuledilməzdir”, - ifadəsini, “Rusiyanın Ukraynaya qarşı müharibədə nüvə silahından istifadə etməsi və ya istifadə hədəsi qəbuledilməzdir”, - ifadəsi ilə dəyişib.