“Rusiya və Ukrayna arasında müharibədə sülhə dair ümidverici bir mənzərə yoxdur. Belə ki, Ukraynadakı müharibə üçün üfüqdə sülh görünmür”.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfərindən qayıdarkən jurnalistlərə məlumat verib.

“Türkiyənin Ukraynada davam edən müharibə ilə bağlı mövqeyi bəllidir. İlk gündən biz həmişə sülhü, dialoqu və diplomatiyanı müdafiə etmişik. Qan tökülməsinin qarşısını almaq üçün çox çalışdıq. Təəssüf ki, il yarım əvvəl başlayan müharibə hələ də davam edir. Müharibənin qalibi, sülhün məğlubu olmaz. Arzumuz savaşın beynəlxalq hüququn tələblərinə uyğun formada başa çatmasıdır”, - deyə o, bildirib.

 

Gözəl Həşimova