"Bu gün Rusiyaya məxsus 2 ədəd "Su-34" model döyüş təyyarəsini vurduq".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşuk bildirib.

Oleşuk açıqlamasında Rusiyaya məxsus "Su-34" tipli təyyarəni şərq istiqamətində vurduqlarını qeyd edib: "Dünən rus pilotları raketlərimizdən qaçmağı bacardılar, lakin bu həmişə belə olmayacaq. Bu səbəbdən də, mən işğalçılara hər uçuşdan əvvəl ailələrini görmələrini tövsiyə edirəm. Çünki bu dəfə kim bilir, bəxti gətirəcəkmi?".

Oleşçuk başqa bir yazısında Rusiya ordusunun daha bir Su-34 döyüş təyyarəsini vurduğunu bildirib: "Məqsədimiz eynidir. Bu qədər təyyarə itirən ruslar cəhdlərini dayandırmağı düşünməli idilər".