Ukrayna Belçika ilə ikitərəfli təhlükəsizlik sazişi imzalayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski X sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata görə, müqavilə Zelenskinin Belçikaya səfəri zamanı Baş nazir Aleksandr De Kro ilə görüşü zamanı imzalanıb. Müqavilə 10 il müddətinə bağlanıb və şərtlərə Kiyevə həm təhlükəsizlik təminatı, həm də silah tədarükü daxildir.

“Sənəddə Belçikanın bu il Ukraynaya ən azı 977 milyon avroluq hərbi yardımı daxildir. Belçika Kiyevi müasir zirehli texnika, təyyarə və hava hücumundan müdafiə sistemləri ilə təmin etməyi öhdəsinə götürür. Xüsusilə, 2028-ci ilə qədər 30 ədəd F-16 qırıcısının tədarükü planlaşdırılır”, - deyə Ukrayna lideri bildirib.