“İkitərəfli əməkdaşlıq çərçivəsində bu gün İtaliyadan Azərbaycana həkimlər gəlib”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, onlar İtaliya təcrübəsini Azərbaycanla bölüşəcəklər:

“Çindən Uhanda fəaliyyət göstərmiş və bu virusa qarşı nəticələr əldə etmiş ekspert qrupunun da bu yaxınlarda ölkəmizə gəlməsi nəzərdə tutulur”.oxu.az