Uels şahzadəsi Keyt qarın nahiyəsindən əməliyyat olunub və martın sonuna qədər öz vəzifələrini yerinə yetirə bilməyəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Britaniya taxt-tacının varisi, Uels şahzadəsi Uilyam və həyat yoldaşı Keytin ofisi məlumat yayıb.

"Əlahəzrət Uels Şahzadəsi dünən planlaşdırılmış qarın əməliyyatı üçün London Klinikasına daxil olub. Əməliyyat uğurlu keçdi, onun xəstəxanada qalacağı gözlənilir. Tibbi məsləhətə əsasən, onun Pasxa bayramından əvvəl ictimai işlərə qayıtmaq ehtimalı azdır", - məlumatda qeyd edilib. 

Qeyd edək ki, Pasxa bayramı bu il Böyük Britaniyada 31 Martda qeyd olunacaq.